12 YAŞADƏK QIZLAR ARASINDA ŞAHMAT YARIŞI BAŞA ÇATDI
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2002-2003-cü il təvəllüdlü (12 yaşadək) qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, RİOEUGŞM, “Neftçi” İSM, “Sərhədçi” İOM, Şağan OİK və Respublika Şahmat Klubunu təmsil edən 17 nəfər idmançı iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 7 turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən I yeri 5,5 xalla Tağıyeva Zəhra (3 №-li UGŞİM), II yeri 5 xalla Feyzullayeva Şəbnəm (2 №-li UGŞİM), III yeri 5 xalla Məmmədova Fatimə (RİOEUGŞM) tutmuşlar. Bundan əlavə IV yeri 5 xalla tutmuş Əlizadə Fidan (1 №-li İOEUGŞDİM) və V yeri 5 xalla tutmuş Kərimli Aysu (RİOEUGŞM) da bu ilin iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.