12 YAŞADƏK OĞLANLAR ARASINDA ŞAHMAT YARIŞI BAŞA ÇATDI
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2002-2003-cü il təvəllüdlü (12 yaşadək) oğlanlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, “Neftçi” İSM, HRŞDK, Əlifba Uşaq Tədris Evi, Ağdam ŞUGİM, “Sərhədçi” İOM, T.İsmayılov adına UGYS və Respublika Şahmat Klubunu təmsil edən 67 nəfər idmançı iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən I yeri 8 xalla Kazımov Emin (1 №-li İOEUGŞDİM), II yeri 7 xalla Rzazadə Kamran (1 №-li İOEUGŞDİM), III yeri 7 xalla Qarayev Kənan (2 №-li UGŞİM) tutmuşlar. Bundan əlavə IV yeri 6,5 xalla tutmuş Əhmədov Murad (T.İsmayılov adına UGYS) və V yeri 6,5 xalla tutmuş Axundov Teymuraz (1 №-li İOEUGŞDİM) da bu ilin iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.