Qılıncoynatma üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
11- 14 oktyabr 2012- cu il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına əsasən Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda gənclər arasında qılıncoynatma üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
Birincilikdə “Neftçi İSM”, “8 saylı İOEUGİM”, “Binəqədi 14 saylı UGİM”, “Fencing İK” kimi komandaları təmsil edən 58 idmançı (36 oğlan, 22 qız) şpaqa, sablya, rapira növlər üzrə mübarizə aparmışdır.
Yarışda şpaqa növü üzrə qızlar arasında I yerə Məlikova Məryəm (“Fencing” İK), II yerə Bayramova Yuliya (8 № İOEUGİM), III yerə Novruzova Əminə (8 № İOEUGİM ), Əhmədova Sara (14 № UGİM), sablya növü üzrə I yerə Proxorova Yekaterina (Neftçi İSM), II yerə Şamlu Katayun (8 № İOEUGİM), III yerə Cəfərova Nərminə (Neftçi İSM), Nəzirli Sara (8 № İOEUGİM), rapira növü üzrə I yerə Məlikova Nübar (Fencing İK), II yerə Məlikova Məhin (Fencing İK), III yerə Məlikova Məryəm, İmanova Nailə (Fencing İK) layiq görülmüşlər.
Birincilikdə oğlanlar arasında şpaqa növü üzrə I yerə Məmmədov Fərid (8 № İOEUGİM), II yerə Cəbrayılov Faiq (Fencing İK), III yerə Balaoğlanov Aslan (14 № UGİM), Yusufov İslam (8 № İOEUGİM), sablya növü üzrə I yerə Səfərov Cavanşir (8 № İOEUGİM), II yerə Dadaşov Hüseyn (Neftçi İSM), III yerə Həsənov Abdulla (8 № İOEUGİM), İbrahimov Qərib (Neftçi İSM), rapira növü üzrə I yerə İbrahimov Qərib (14№ UGİM), II yerə Balaoğlanov Aslan (14№ UGİM), III yerə Sadıqzadə Cəmil (Fencing” İK), Qubaxanov Bəhrəm (14№ UGİM) layiq görülmüşlər. Yarışda I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.