Sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 2000-01-ci il təvəllüdlülər arasında sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 127 nəfər idmançı 11 çəki dərəcə üzrə mübarizə aparmışlar. Nəticələrə görə 32 kq çəki dərəcəsində I yerə Nağdanəliyev Azər (Neftçi İSM), 35 kq çəki dərəcəsində I yerə Qasımov Hacıəli (11 №-li UGİM), 38 kq çəki dərəcəsində I yerə Babayev Kənan (Neftçi İSM), 42 kq çəki dərəcəsində I yerə Qardaşxanov Kənan (Məşqi Cihan İK), 46 kq çəki dərəcəsində I yerə Ağcayev Vüqar (16 №-li UGİM), 50 kq çəki dərəcəsində I yerə Mehdizadə Dünyamin (Yasamal İK), 54 kq çəki dərəcəsində I yerə Səmədov Yusif (11 №-li UGİM), 59 kq çəki dərəcəsində I yerə Məmmədzadə Sirac (16 №-li UGİM), 65 kq çəki dərəcəsində I yerə Abbasov Ramal (Neftçi İSM), 71 kq çəki dərəcəsində I yerə İsmayılzadə Yaqub (11 №-li UGİM), +71 kq kq çəki dərəcəsində I yerə Cəlilzadə Xəlil ( Neftçi İSM) layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.