Budapeşt şəhərində Avropa Gənc Alimlər Şurasının toplantısı
Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropa Gənc Alimlər Şurasının illik yığıncağı keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Baş İdarənin əməkdaşı Samir Kazımov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov və idarə heyətinin üzvü Ruslan Rəhimli yığıncaqda iştirak etmişlər.
Tədbirdə Şuranın idarə heyətinin və katibliyin 2013-cü il ərzinə gördüyü işlərin hesabatı dinlənilib. Həmçinin, illik toplantıda Şuranın Nizamnaməsinə bəzi dəyişikliklər edilməsi, yeni İdarə Heyətinin, katibliyin və maliyyə komissiyasının seçilməsi məsələləri də müzakirə edilib. Yeni idarə heyəti və digər seçkili qurumlara nümayəndələr seçilib. Macarıstan Gənc Alimlər Konfederasiyasının prezidenti Con Pikok Avropa Gənc Alimlər Şurasının yeni prezidenti seçilib.