Basketbol (oğlanlar) növü üzrə rayon birinciliyi keçirilmişdir.

 Binəqədi rayon Gənclər və İdman Baş İdarəsi tərəfindən 248 № li tam orta məktəbdə Binəqədirayon məktəblilərinin XXVI Spartakiadasının proqramına daxil olan basketbol (oğlanlar) növü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə hər birində 12 nəfər olmaqla 22 komanda iştirak etmişdir. Yarışın nəticələrinə görə 244 №li tam orta məktəbin komandası I yer, 126 №li tam orta məktəbin komandası II yer, 115 №li tam orta məktəbin komandası III yerə layiq görülmüşdür. Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir