8 YAŞADƏK UŞAQLAR ARASINDA ŞAHMAT YARIŞI BAŞA ÇATDI
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı (8 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HRŞDK, Əlifba Uşaq Tədris Evi, “Ay Ulduz” İdman Klubu, “Sərhədçi” İOM, T.İsmayılov adına UGYS, “Neftçi” İSM və Respublika Şahmat Klubunu təmsil edən 110 nəfər idmançı (onlardan 34 nəfəri qızlardır) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən oğlanlar arasında I yeri 8 xalla Aslanov Ümid (1 №-li İOEUGŞDİM), II yeri 7,5 xalla Xudiyev Sənan (2 №-li UGŞİM), III yeri 7 xalla Allahverdi Muhəmməd Cavad (T.İsmayılov adına UGYS), qızlar arasında I yeri 7,5 xalla Ağayeva Lalə (1 №-li İOEUGŞDİM), II yeri 7 xalla Bəylərova Tahirə (“Sərhədçi” İOM), III yeri 6,5 xalla Nəsibova Nərmin (RİOEUGŞM) tutmuşlar. Bundan əlavə oğlanlar arasında IV yeri 7 xalla tutmuş Qarayev Məhərrəm (3 №-li UGŞİM), V yeri 7 xalla tutmuş Məmmədov Polad (1 №-li İOEUGŞDİM), VI yeri 6,5 xalla tutmuş Fətəlizadə Murad (3 №-li UGŞİM), qızlar arasında IV yeri 6 xalla tutmuş Cəfərova Həmidə (RİOEUGŞM), V yeri 6 xalla tutmuş Cəfərova Zəhra (RİOEUGŞM) və VI yeri 6 xalla tutmuş Allahverdiyeva Ayan (1 №-li İOEUGŞDİM) da bu ilin iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.