Reqbi üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şəfa stadionunda reqbi üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Yarışda Tissa, yığma Bakı, 1 №-li Uşaq Evi, 3 №-li Uşaq Evi, 4 №-li Uşaq Evi, 5 №-li Uşaq Evi, 6 №-li Uşaq Evini təmsil edən 140 nəfər idmançı iştirak etmişdir. Nəticələrə görə I yeri Bakı komandası, II yeri 3 №-li Uşaq Evi, III yeri isə Tissa komandası tutmuşdur. Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

  Növbəti yarış may ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir olacaqdır. Turnirdə Gürcüstan və Rusiya komandalarının iştirakı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir