Yaz çağırışına həsr olunmuş VMH poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı başa çatdı
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən yaz çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir. 17 – 19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən yarış 100 m, 2000 m məsafələrə qaçış, qumbara atma və turnikdə dartınma növlərindən ibarət olmuşdur. Yekun nəticələrə əsasən komanda hesabında I yeri 620 xalla Nərimanov rayon komandası, II yeri 551 xalla Binəqədi rayon komandası, III yeri 461 xalla Suraxanı rayon komandası tutmuşlar. Şəxsi hesabda I yeri 150 xalla Xəlilov Əli (Nərimanov rayonu), II yeri 127 xalla Qurbanov Əjdər (Nərimanov rayonu), III yeri 125 xalla Bəxtiyari Rza (Yasamal rayonu) tutmuşlar. Həmçinin 100 m məsafəyə qaçış növündə Xəlilov Əli (Nərimanov rayonu – 13,43 saniyə), qumbara atma növündə İsmayılov Əziz (Suraxanı rayonu) və Tağıyev Abbas (Binəqədi) – 35 m, turnikdə dartınma növündə Abdulvahabov Vaynob (Nərimanov rayonu – 29 dəfə), 2000 m məsafəyə qaçış növündə Qurbanov Əjdər (Nərimanov rayonu – 7 dəqiqə 45 saniyə) fərqlənmişlər.
Bakı şəhər çempionatında I və II yerləri tutmuş Nərimanov və Binəqədi rayonlarının komandaları 24 – 28 aprel tarixində Mingəçevir şəhərində keçiriləcək respublika mərhələsinə vəsiqə qazanmışlar.