10 yaşlı şahmatçıların Bakı birinciliyinə start verildi
Respublika Şahmat Mərkəzində 2004-2005-ci il təvəllüdlü (10 yaşadək) oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyinə start verilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışda Bakı şəhəri üzrə 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HRŞDK, Əlifba Uşaq Tədris Evi, “Ay Ulduz” İdman Klubu, “Sərhədçi” İOM, “İnter” PİK, Nizami rayonu UGYM, T.İsmayılov adına UGYS, “Neftçi” İSM və Respublika Şahmat Klubunu təmsil edən 108 nəfər idmançı (onlardan 28 nəfəri qızlardır) iştirak edir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar İsveçrə sistemi üzrə keçirilir. Yekun nəticələrə əsasən oğlanlar və qızlar arasında ilk 4 yeri tutmuş idmançı iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqlar.