Mini-futbol üzrə Xətai rayon birinciliyi

 Heydər Əliyev adına Lisey və 171 №li tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mini-futbol”  üzrə Xətai rayon birinciliyi keçirilmişdir.  Yarışlar olimpiya sistemi üzrə keçirilmişdir.Yarışlarda rayonun 33 komandası iştirak etmişdir. I –II yer uğrunda mübarizədə Heydər Əliyev adına Lisey və 29 №li tam orta məktəbin komandaları qarşılaşmışdır. Qarşılaşmadan Heydər Əliyev ad. liseyin komandası 3:2 hesabı ilə qalib ayrılaraq I yerə layiq görülmüşdür. III –IV yer uğrunda isə 63 və 269 №li tam orta məktəblər görüşmüşlər. Oyun sonrası vurulan penaltı zərbələrindən sonra rəqibinə 2:1 hesabı ilə  qalib gələn 269 №li məktəb yarışlarda III yerə çıxmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir