Binəqədi rayonunda “Şahin” hərbi idman oyunu keçirildi

  Binəqədi rayon Gənclər və İdman İdarəsinin 2014-cü il tədbirlər planına uyğun olaraq 11 aprel 2014-cü il tarixdə Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Hərbi hissə komandirinin müavini Səbuhi Pənahov hər il keçirilən “Şahin” hərbi idman oyununun yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində böyük rol oynadığını nəzərə çatdırdı. Sonra çıxış edən Qüdsi Bayramov gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin daim dövlətin diqqət mərkəzində olduğunu, bu sahədə aparılan işlərin səmərəsinin artırılması istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini bildirdi.

  Çıxışlardan sonra yarışa start verildi. Yarışda 32 orta ümumtəhsil məktəbindən hər bir komandanın tərkibi 17 nəfər (13 oğlan, 4 qız)  olmaqla 544 nəfər 10-11-ci sinif şagirdi iştirak edirdi.

  Yarışın nəticələrinə görə 100 №-li tam orta məktəbin komandası I, 182 №-li tam orta məktəbin komandası II, 299 №-li tam orta məktəbin komandası isə III yerə layiq görüldü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir