Ümummilli Lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş idman tədbirləri
Bu gün Nəsimi rayonunda Ümummilli Lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində idman tədbirləri keçirilmişdir. Orta məktəb şagirdləri arasında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar olmuş, rayon ərazisində yerləşən adi təhsil ocaqlarının tələbələri arasında mini futbol turniri gerçəkləşmişdir. Bədii yaradıcılıq kollektivləri rəqs və musiqi bacarıqlarını nümayiş etdirmişlər. Tədbirdə öncə Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülarə Verdiyeva və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev çıxış edərək, dahi öndərin həyat və yaradıcılığından, dövlət və gənclər siyasətindən, onların gələcək rifahı üçün atılan addımlardan və bu kimi görülən işlərdən tədbir iştirakçılarını məlumatlandırmış, ümummilli liderin müstəqil Azərbaycanda dövlət quruculuğu geniş məruzə etmişlər.
Tədbirin sonunda isə Nəsimi rayonu üzrə idman, gənclər və mədəniyyət sahəsində fərqlənmiş bir qrup gənclər fəxri fərmanla təltif olunmuşlar.