XXVI SPARTAKİADANIN BASKETBOL (QIZLAR ARASINDA) ÜZRƏ YARIŞI BAŞA ÇATDI

  Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan qızlar arasında basketbol növü üzrə yarış keçirilmişdir.
Yarışın nəticəsinə görə I yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası, II yeri Səbail rayonu 236 nömrəli tam orta məktəbin komandası, III yeri Nizami rayonu 145 nömrəli tam orta məktəbin komandası, IV yeri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin komandası, V yeri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin komandası, VI yeri Yasamal rayonu Bakı Avropa Liseyinin komandası, VII yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası, VIII yeri Xəzər rayonu 234 nömrəli tam orta məktəbin komandası, IX yeri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin komandası, X yeri Suraxanı rayonu 290 nömrəli tam orta məktəbin komandası və XI yeri Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin komandası tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini Əbdülov Salman və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi, XXVI spartakiadanın baş katibi Sultanova Valentina qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
XXVI spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar), dördnövçülük (qızlar və oğlanlar) və basketbol (qızlar) növləri üzrə yarışlarından sonra Nizami rayonu 32 xalla I yeri, Xətai rayonu 36 xalla II yeri, Qaradağ rayonu 36 xalla III yeri, Nərimanov rayonu 38 xalla IV yeri, Səbail rayonu 40 xalla V yeri, Sabunçu rayonu 45 xalla VI yeri, Xəzər rayonu 46 xalla VII yeri, Suraxanı rayonu 49 xalla VIII yeri, Yasamal rayonu 69 xalla IX yeri, Binəqədi rayonu 74 xalla X yeri və Nəsimi rayonu 86 xalla XI yeri tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir