Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş konfrans
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi konfransda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Elmlər Akademiyasının müxbir üzvü, akademik Kərim Kərimov, universitetin prorektoru Arif Şərifov, Yasamal raon Gİİ-nin rəisi İlham Səfərov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində əvəzsiz xidmətlərindən danışmış, ümummilli lider Heydər Əliyevin gənclərin hərtərəfli inkişafı üçün həyata keçirdiyi layihələrdən və bunun nəticəsində əldə olunan nailiyyətlərdən söz açmişlar.
Tədbirin sonunda universitetdə keçirilmiş “Heydər Əliyev və Azərbaycan” inşa yazı müsabiqəsinin qalibləri, idman və milli, intellektual oyunlarda fərqlənmiş tələbələr diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.