“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş konfrans və Bakı şəhər orta məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir
Tədbrdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Teçim və başqaları iştirak etmişlər.
Tədbirdə iştirak etmiş məktəblilərə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında, milli-siyasi suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışılmışdır.
Raqif Abbasov müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi baxımından inşa yazı müsabiqəsinin əhəmiyyətindən söhbət açıb, bunun Ümummilli Liderə ehtiramın bariz nümunəsi olduğunu nəzərə çatdırıb və çıxışının sonunda müsabiqənin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.
Sonda “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və 8 nəfər fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təltif olundular. Nəticələrə görə I yerə Hüseynzadə Hüseyn (Qaradağ rayonu 139 saylı orta məktəb), II yerə Müslümova Arzu (Binəqədi rayonu 83 saylı orta məktəb), III yerə isə Məmmədova Nərmin (Xətai rayon 138 saylı orta məktəb) layiq görülmüşlər.
–