Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin yekun konfransı və təltifetmə mərasimi
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhər Baş Polis İdarəsinin birgə təsdiqlənmiş tədbirlər planına əsasən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin yekun konfransı və təltifetmə mərasimi keçirilmişdir. İlk oncə BŞBPİ-nin rəisi polis general-mayoru Rafiq Abbasovun, BŞGİBİ-nin rəisi Raqif Abbasovun və polis əməkdaşlarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin BŞBPİ-nin inzibati binasında yerləşən büstünün önunə gül dəstələri qoyulub və Ümummilli Lider böyük ehtiramla yad edilmiş, sonra isə tədbir akt zalında davam etdirilmişdir.
Tədbiri ğiriş sözü ilə açan BŞBPİ-nin rəisi polis general-mayoru Rafiq Abbasov dahi lider haqqında geniş nitq söyləmiş, Müstəqil Azərbaycanımızın memarı, qurucusu və xilaskarının ölkəmizin tarixində əvəzsiz xidmətlərindən danişmışdır.
Sonra BŞGİBİ-nin rəisi Raqif Abbasov Heydər Əliyev və dövlət gənclər siyasəti, Heydər Əliyev və idman siyasəti haqqında , Ulu Öndərin misilsiz xidmətlərindən toplantı iştirakçıları qarşısında çıxış etmişdir.
Çıxışlardan sonra futzal, şahmat, güllə atıcılığı turnirlərinin qalibləri BŞBPİ tərəfindən qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılmışlar. Mükafatları BŞBPİ-nin rəisi polis general-mayoru Rafiq Abbasov, BŞBPİ-nin rəis müavini polis general-mayoru Elxan Həsənov, BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırov və BŞGİBİ-nin rəisi Raqif Abbasov təqdim etmişdir.
Sonda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.