XXVI SPARTAKİADANIN MİNİ – FUTBOL ÜZRƏ YARIŞI BAŞA ÇATDI

   1 – 12 may 2014-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan mini – futbol növü üzrə yarışı keçirilmişdir. 2002-2003-cü il təvəllüdlü uşaqlar arasında keçirilən yarışın nəticəsinə görə I yeri Nizami rayonu 277 nömrəli idman təmayüllü tam orta məktəbin komandası, II yeri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası, III yeri Nərimanov rayonu Bakı Modern Məktəbinin komandası, IV yeri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin komandası, V yeri Suraxanı rayonu 285 nömrəli tam orta məktəbin komandası, VI yeri Xəzər rayonu 117 nömrəli tam orta məktəbin komandası, VII yeri Səbail rayonu 190 nömrəli tam orta məktəbin komandası, VIII yeri Xətai rayonu Heydər Əliyev adına Liseyin komandası, IX yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası, X yeri Nəsimi rayonu 111 nömrəli tam orta məktəbin komandası və XI yeri Yasamal rayonu 13 nömrəli tam orta məktəbin komandası tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini Əbdülov Salman və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, XXVI spartakiadanın baş katibi Sultanova Valentina qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir