XXVI SPARTAKİADANIN BASKETBOL ÜZRƏ YARIŞI BAŞA ÇATDI

   Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan oğlanlar arasında basketbol növü üzrə yarış keçirilmişdir.
Yarışın nəticəsinə görə I yeri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin komandası, II yeri Qaradağ rayonu 139 nömrəli tam orta məktəbin komandası, III yeri Yasamal rayonu Bakı Avropa Liseyinin komandası, IV yeri Nizami rayonu 220 nömrəli məktəb – liseyin komandası, V yeri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin komandası, VI yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası, VII yeri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin komandası, VIII yeri Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin komandası, IX yeri Xəzər rayonu 234 nömrəli tam orta məktəbin komandası, X yeri Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin komandası və XI yeri Səbail rayonu 236 nömrəli tam orta məktəbin komandası tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini Əbdülov Salman və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi, XXVI spartakiadanın baş katibi Sultanova Valentina qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
XXVI spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar), dördnövçülük (qızlar və oğlanlar), basketbol (qızlar və oğlanlar) və mini-futbol növləri üzrə yarışlarından sonra Nizami rayonu 37 xalla I yeri, Nərimanov rayonu 42 xalla II yeri, Qaradağ rayonu 47 xalla III yeri, Xətai rayonu 50 xalla IV yeri, Sabunçu rayonu 52 xalla V yeri, Səbail rayonu 58 xalla VI yeri, Xəzər rayonu 63 xalla VII yeri, Suraxanı rayonu 66 xalla VIII yeri, Yasamal rayonu 83 xalla IX yeri, Binəqədi rayonu 85 xalla X yeri və Nəsimi rayonu 106 xalla XI yeri tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir