“Tariximizi tanıyaq, tanıdaq” layihəsi çərçivəsində ekskursiya təşkil olunmuşdur

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin 2014-cü il üçün təsdiq olunmuş tədbirlər planına əsasən “Tariximizi tanıyaq, tanıdaq” layihəsi çərçivəsində Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri üçün Qobustan Milli Tarixi-Bədii Dövlət Qoruğuna ekskursiya təşkil olunub.  ekskursiyaya 30 tələbə cəlb olunub. Onlar öncə qoruğun muzeyi ilə tanış olublar, daha sonra Qobustan qayalarını gəzib, qədim yaşayış məskənləri barədə bilgiləndiriliblər.

  Ekskursiyanın məqsədi gənclərin doğma Azərbaycanımızın tarixini dərindən bilməsi, coğrafiyasını tanıması, gənclər təşkilatları arasında ünsiyyətin genişləndirilməsi, tələbələrin asudə vaxtının səmərəli təşkilidir.

   Nəzərinizə çatdırq ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi sözügedən layihə çərçivəsində hər il 2 ekskursiya təşkil edir. Bu ekskursiyalardan biri Qobustan Milli Tarixi-Bədii Dövlət Qoruğuna, digəri isə Qala Etnoqrafik Qoruğuna təşkil olunur.

   Qeyd edək ki, Qala Etnoqrafik Qoruğuna ekskursiya bu ayın 24-də baş tutacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir