Ələkbər Məmmədovun şərəfinə həsr olunmuş futbol turnirinə yekun vurulmuşdur.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Qaradağ Təlim İdman Bazasının stadionunda 15 aprel 2014-cü il tarixdən start götürmüş əməkdar idman ustası, professor Ələkbər Məmmədovun şərəfinə həsr olunmuş futbol turnirinə yekun vurulmuşdur. Turnirdə Nizami, Sabunçu, 9 №-li UGİM, Qaradağ-II, Qaradağ-I, BİFM-II, BİFM-I, Mehdiabad, Binəqədi UGİM, Təhsil RİM komandalarını təmsil edən 200 nəfər futbolçu iştirak etmişdir.

   Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan BİFM-I və Qaradağ-I komandaları arasında keçirilən gərgin oyundan 2:0 hesabı ilə BİFM-I komandası, III-IV yerlər uğrunda mübarizə aparan Qaradağ-II və BİFM-II komandaları arasında keçirilən oyunda 0:1 hesabı ilə BİFM-II komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə BİFM-I komandası, 2-ci yerə Qaradağ-I komandası, 3-cü yerə isə BİFM-II komandası layiq görülmüşlər.

   I, II və III yeri tutmuş komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir