XXVI SPARTAKİADANIN CIRTDAN NÖVÜ ÜZRƏ YARIŞI BAŞA ÇATDI

   Yasamal rayonu ərazisində yerləşən 18 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan “Cırtdan” növü üzrə yarış keçirilmişdir. Yarışın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini Əbdülov Salman və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi, XXVI spartakiadanın baş katibi Sultanova Valentina iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar. İbtidai sinif şagirdləri arasında yarış 5 növ üzrə – kütləvi gimnastik hərəkətlər, yerindən uzunluğa tullanma estafeti, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti və qapıya qol vurma növləri üzrə keçirilmişdir. Yarışın nəticəsinə görə I yeri Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin komandası, II yeri Qaradağ rayonu 288 nömrəli tam orta məktəbin komandası, III yeri Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın komandası, IV yeri Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin komandası, V yeri Xətai rayonu 204 nömrəli tam orta məktəbin komandası, VI yeri Nizami rayonu 227 nömrəli tam orta məktəbin komandası, VII yeri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin komandası, VIII yeri Yasamal rayonu 13 nömrəli tam orta məktəbin komandası, IX yeri Xəzər rayonu 181 nömrəli tam orta məktəbin komandası, X-XI yerləri Sabunçu və Nəsimi rayonları tutmuşlar.
XXVI spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar), dördnövçülük (qızlar və oğlanlar), basketbol (qızlar və oğlanlar), mini-futbol və “Cırtdan” növləri üzrə yarışlarından sonra Nizami rayonu 43 xalla I yeri, Nərimanov rayonu 46 xalla II yeri, Qaradağ rayonu 49 xalla III yeri, Xətai rayonu 55 xalla IV yeri, Səbail rayonu 61 xalla V yeri, Sabunçu rayonu 66 xalla VI yeri, Suraxanı rayonu 67 xalla VII yeri, Xəzər rayonu 72 xalla VIII yeri, Yasamal rayonu 91 xalla IX yeri, Binəqədi rayonu 92 xalla X yeri və Nəsimi rayonu 120 xalla XI yeri tutur.

One thought on “XXVI SPARTAKİADANIN CIRTDAN NÖVÜ ÜZRƏ YARIŞI BAŞA ÇATDI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir