Qoçyu-ryu okinava karate-do və kobudo növləri üzrə Bakı şəhər açıq çempionatı
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində qoçyu-ryu okinava karate-do və kobudo növləri üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdirş Yarışda Azərbaycan Qoçyu-ryu okinava karete-do və kobudo növləri federasiyasının Bakı, Füzuli, Şirvan, Beyləqan, Qəbələ, İsmayıllı, Hacıqabul, İmişli şəhər və rayonları üzrə bölmələrini təmsil edən idmançı iştirak etmişdir. Yekun nəticələrə görə (13-15 yaşadək) 60 kq çəki dərəcəsində T. Tağızadə, 65 kq çəki dərəcəsində M.Həsənov, 70 kq çəki dərəcəsində E.Bədərli, 75 kq çəki dərəcəsində T.Ələkbərov, +75 kq çəki dərəcəsində N.Əhmədzadə, qızlar arasında 30 kq çəki dərəcəsində M.Qədirova, 40 kq çəki dərəcəsində F.Əziziva, 60 kq çəki dərəcəsində T. Məmmədova, (16-18 yaşadək) 45 kq çəki dərəcəsində E. Əliyev, 50 k1 çəki dərəcəsində V.Əfəndizadə, 55 kq çəki dərəcəsində S.Aydınov, 60 kq çəki dərəcəsində E.Məmmədov, 65 kq çəki dərəcəsində R.Məmmədov, 70 kq çəki dərəcəsində Z.Qasımov, 75 kq çəki dərəcəsində C.Pirəliyev, +75 kq çəki dərəcəsində M.Gülmalıyev, (kişilər +18) 60 kq çəki dərəcəsində V.Ellazov, 65 kq çəki dərəcəsində E.Şahbazov, 70 kq çəki dərəcəsində R.Əhmədov, 75 kq çəki dərəcəsində H.Eyvazlı, 80 kq çəki dərəcəsində F.Əzizov, +80 kq çəki dərəcəsində F.Nuriyev, qadınlar arasında 45 kq çəki dərəcəsində Z.Əhmədova, 50 kq çəki dərəcəsində G.Mikayılova, 65 kq çəki dərəcəsində H.Vəliyeva I yerlərə layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmılar.