Sumo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Sədərək İdman Klubunda sumo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə “Kanokan TT” İK, “Lokomativ” İSM, “Sakura” İK, “Sərhədçi” OİM, “Lider” İK, “Ruslan” İSM və “Neftçi” İSM- təmsil edən 96 nəfər idmançı mübarizə aparmışdır. Yekun nəticələrə görə 55 kq çəki dərəcəsində Abbasov Babaəli (Neftçi İSM), 60 kq çəki dərəcəsində Səfixanov Sərdar (Neftçi İSM), 70 kq çəki dərəcəsində Ağazadə Həsən (Ruslan İSM), 80 kq çəki dərəcəsində İbrahimov Seymur (Sərhədçi OİM), +80 kq çəki dərəcəsində Məmmədli Rafət (Ruslan İSM), 2000-2002-ci təvəllüdlülər arasında 45 kq çəki dərəcəində Ayıralov Fərzalı (Ruslan İK), 50 kq çəki dərəcəsində Əhmədov Fərid (Neftçi İSM), 60 kq çəki dərəcəsində İlyasov Pərviz (Sərhədçi OİM), 70 kq çəki dərəcəsində Eldarzadə Rəsul (Neftçi İSM), +70 kq çəki dərəcəsində İbrahimov Dəyanət (Kanokan TT İK) I yerlərə layiq görülmüşlər.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.