ATÇILIQ İDMANI ÜZRƏ BAKI BİRİNCİLİYİ KEÇİRİLMİŞDİR

Bakı Cıdır Meydanında atçılıq idmanı (maneələri dəfetmə) üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda RAMBİOEUGİM (8 nəfər) və Murad AİK-nu (1 nəfər) təmsil edən 9 nəfər iştirakçı 11 ədəd atla iştirak etmişdir. 100 – 110 sm hündürlükdə maneələri dəfetmə üzrə yarışda I yeri Qızıl Qartal adlı atla Hümbətov Rüstəm (RAMBİOEUGİM), II yeri Voltram adlı atla Novruzzadə Hüseyn (RAMBİOEUGİM), III yeri Samur adlı atla Əliverdiyev Səməd (RAMBİOEUGİM), 120 – 140 sm hündürlükdə maneələri dəfetmə üzrə yarışda I yeri Siyam adlı atla Əliverdiyev Səməd (RAMBİOEUGİM), II yeri Siyam adlı atla Abdullayev Ramil (RAMBİOEUGİM) və III yeri Samur adlı atla Əliverdiyev Səməd (RAMBİOEUGİM) tutmuşlar. Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif edilmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir