Mini-futbol birinciliyinin final mərhələsi keçirilmişdir.
19 iyun 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Sağlam gənclik sağlam cəmiyyət” lahiyəsi çərçivəsində 1999-2000-ci il təvəllüdlülər arasında start verilmiş “Mini-futbol” birinciliyinin 24 iyun 2014-cü il tarixdə final mərhələsi keçirilmişdir. Birincilikdə hər birində 12 nəfər olmaqla 10 komanda iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən yarışda I yerəBiləcəri bələdiyyəsinin komandası, II yerəBinəqədi rayon bələdiyyəsininkomandası, III yerə isə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin komandası layiq görülmüşlər. Mükafatlandırma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Ramil Cəfərov, Binəqədi Rayon Bələdiyyəsinin sədri Fəzail Babayev və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.