Sevinc Kuboku uğrunda Bakı şəhər birinciliyi

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında iki yaş qrupu arasında   futbol üzrə “Sevinc” Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir.Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak etmişdir. Ümumilikdə yarışda 220 nəfər yeniyetmə futbolçu iştirak etmişdir.

  I yaş qrupu arasında ( 2002-2–3-cü il təvəllüdlülər arasında) yarimfinala çıxan Xəzər və Nəsimi rayon komandaları arasında keçirilən oyunda 4:0 hesabı ilə Xəzər rayon komandası, Yasamal və Qaradağ rayon komandaları arasında keçirilən oyunda isə 3:1 hesabı ilə Yasamal rayon komandası qalib gəlmişdir. Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Xəzər və Yasamal rayon komandaları arasında keçirilən gərgin oyundan 4:2 hesabı ilə Xəzər rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Nəsimi və Qaradağ komandaları arasında keçirilən oyunda 0:3 hesabı ilə Qaradağ rayon komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə “Xəzər” komandası, 2-ci yerə “Yasamal” komandası, 3-cü yerə isə “Qaradağ” komandası layiq görülmüşlər.

  2000-2001-ci il təvəllüdlülər arasında  yarimfinala çıxan Binəqədi və Qaradağ rayon komandaları arasında keçirilən oyunda o:2 hesabı ilə Qaradağ rayon komandası, Nərimanov və Xəzər rayon komandaları arasında keçirilən oyunda isə 4:0 hesabı ilə Nərimanov rayon komandası qalib gəlmişdir. Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Nərimanov və Qaradağ rayon komandaları arasında keçirilən oyunda 3:2 hesabı ilə Nərimanov rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Xəzər və Binəqədi komandaları arasında keçirilən oyunda 4:1 hesabı ilə Xəzər rayon komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə “Nərimanov” komandası, 2-ci yerə “Qaradağ” komandası, 3-cü yerə isə “Xəzər” komandası layiq görülmüşlər.

  Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Sevinc” Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təltif edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir