RESPUBLİKA ŞAHMAT OLİMPİADASI SONA ÇATDI

   İsmayıllı rayonunda 16 yaşadək yeniyetmə və gənclər arasında şahmat üzrə respublika olimpiadası keçirilmişdir. “A” və “B” qrupları üzrə keçirilən yarişlarda 565 nəfər idmançı (onlardan 112 nəfəri qızlardır) iştirak etmişdir. Yarışlar İsmayıllı Olimpiya İdman Kompleksində 11 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. Beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovun rəhbərliyi ilə hakimlər kollegiyası tərəfindən idarə olunan olimpiadanın yekun nəticələrinə əsasən şəxsi hesabda “A” qrupunda 16 yaşadək oğlanlar arasında I yeri 9 xalla Qasımov Pərviz (Naxçıvan MR), II yeri 8,5 xalla Mustafin Andrey (Bakı – 2 №–li UGŞİM), III yeri 8,5 xalla Rəhimli İlkin (Bakı – RİOEUGŞM), 16 yaşadək qızlar arasında I yeri 8 xalla Mustafazadə Nigar (Bakı – RİOEUGŞM), II yeri 8 xalla Əhmədova Fatimə (Bakı – 1 №–li İOEUGŞDİM), III yeri 7,5 xalla Firidunlu Lalə (Beyləqan), 14 yaşadək oğlanlar arasında I yeri 8,5 xalla Hüseynzadə Ceyhun (Sumqayıt), II yeri 8,5 xalla Feyzullayev Tofiq (Bakı – 3 №–li UGŞİM), III yeri 8,5 xalla İsgəndərov Şəhriyar (Quba), 14 yaşadək qızlar arasında I yeri 7 xalla Beydullayeva Gövhər (Bakı – HİRŞDK), II yeri 7 xalla Heydərova Aytac (Bakı – 2 №–li UGŞİM), III yeri 7 xalla İsmayılova Zəhra (Bakı – 1 №–li İOEUGŞDİM), “B” qrupunda 12 yaşadək oğlanlar arasında I yeri 11 xalla İbrahimli Murad (Sumqayıt), II yeri 9 xalla Məmmədov Sadiq (Naxçıvan MR), III yeri 9 xalla Mehrəliyev Sahil (Sumqayıt), 12 yaşadək qızlar arasında I yeri 8 xalla Əlizadə Aysel (Quba), II yeri 7,5 xalla Əhmədova Raya (Ucar), III yeri 7 xalla Əlizadə Fidan (Bakı – 1 №–li İOEUGŞDİM), 10 yaşadək oğlanlar arasında I yeri 9 xalla Babazadə Xəzər (Biləsuvar), II yeri 9 xalla Əliyev Rahim (Sumqayıt), III yeri 9 xalla Eynullayev Atilla (Bakı – RİOEUGŞM), 10 yaşadək qızlar arasında I yeri 7,5 xalla Rzalı Səbinə (Sumqayıt), II yeri 7 xalla Orucova Nəcibə (Bakı – RİOEUGŞM), III yeri 7 xalla Kərimli Jalə (Sumqayıt), 8 yaşadək oğlanlar arasında I yeri 7,5 xalla Fətəlizadə Murad (Bakı – 3 №–li UGŞİM), II yeri 7 xalla Salmanov Polad (Ağdam), III yeri 7 xalla Süleymanlı Süleyman (Şəki), 8 yaşadək qızlar arasında I yeri 7 xalla Allahverdiyeva Ayan (Bakı – 1 №–li İOEUGŞDİM), II yeri 6,5 xalla Hüseynova Gülzar (Sumqayıt), III yeri 6 xalla Heydarlı Nurtac (Bakı – 2 №–li UGŞİM), komanda hesabında “A” qrupunda I yeri 31,5 xalla (əmsal 299) Bakı – RİOEUGŞM komandası (Rəhimli İlkin, Abışlı Oğuz, Mustafazadə Nigar, Sadıqlı Aslan), II yeri 31,5 xalla (əmsal 296) Baki – 1 №–li İOEUGŞDİM komandası (Məmmədov Qulam, Əhmədova Fatimə, Muradlı Məhəmməd, İmanlı Məğrurə), III yeri 29,5 xalla Sumqayıt komandası (Hüseynzadə Ceyhun, Bayramov Zaur, Kərimov Fərid, Məmmədova Ülkər), “B” qrupunda I yeri 36,5 xalla Sumqayıt komandası (İbrahimli Murad, Əliyev Rahim, Mehrəliyev Sahil, Rzalı Səbinə), II yeri 32,5 xalla Baki – RİOEUGŞM komandası (Eynullayev Atilla, Eynullayev Altay, Fərhadov Mikayıl, Orucova Nəcibə), III yeri 32 xalla Quba komandası (Seyidov İbrahim, Əlizadə Aysel, Əlizadə Ayxan, Rəhimov Şahin) tutmuşlar.
Olimpiadanın keçirildiyi müddət ərzində bir çox əlamətdar hadisələr olmuşdur. Belə ki, 20 iyul tarixində Beynəlxalq şahmat günü münasibətilə 161 nəfər idmançının iştirakı ilə blits-turnir təşkil olunub keçirilmişdir. İsveçrə sistemi üzrə 9 turdan ibarət olan turnirdə I yeri 8 xalla Bakı şəhəri üzrə 1 №–li İOEUGŞDİM-nin məşqçi-müəllimi Elşad Abdullayev tutmuşdur.
İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısı Mirdaməd Sadıqov İcra Hakimiyyətinin inzibati binasında olimpiadanın hakimlər kollegiyasının üzvləri, bir qrup məşqçi-müəllimlər və valideynlərlə görüş keçirmişdir.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə çoxsaylı yarış iştirakçılarının qədim Lahıc kəndinə ekskursiyaları təşkil edilmişdir.
Yarışın təntənəli bağlanış mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısı Mirdaməd Sadıqov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov və digər rəsmi şəxslər çıxış etmiş, qalibləri təbrik etmişlər. Yaş qrupları üzrə və komanda hesabında qalib gəlmiş idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İsmayıllı rayon İcra Hakimiyyəti və Azərbaycan Şahmat Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri, pul mükafatları və kuboklarla təltif edilmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir