Şamaxı rayonuna ekskursiya təşkil edilmişdir
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təhsilində fərqlənmiş bir qrup fəal gəncin iştirakı ilə Şamaxı rayonuna ekskursiyası təşkil edilmişdir. Ekskursiyanın təşkilində məqsəd gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir. Ekskursiyada iştirak edən gənclər yüksək əhval ruhiyyədə olduqlarını, bu cür tədbirlərin keçirilməsi gənclər üçün maraqlı və yadda qalan olduğunu vurğulamışlar.