Milli Qəhrəman İsrafil Şahverdiyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnir keçirilmişdir

  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ rayonu Ümid qəsəbəsində məskunlaşmış Laçın rayonunun yeniyetmələri arasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı İsrafil Şahverdiyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnir keçirilmişdir. “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın icrasının təmin olunması, məhəllələrdə və digər yaşayış yerlərində futbolun kütləviliyinin genişləndirilməsi məqsədilə keçirilən yarışda 12 komanda tərkibində 120 nəfər iştirak etmişdir. Turnirin final oyunundan əvvəl komandaların heyətləri Şəhidlər Xiyabanını ziyarət etmiş, vətən uğrunda şəhid olmuş soydaşlarımızın qəbirləri önünə gül dəstələri qoymuşlar. Ümid qəsəbəsində yerləşən futbol meydançasında gərgin oyun şəraitində keçirilən turnirin 3-cü yer uğrunda oyununda Lökbatan komandası Sahil komandasına 4 – 2 hesabı ilə, final oyununda Laçın komandası Qarabağ komandasına 6-0 hesabı ilə qalib gəlmişdir.

  Turnirin bağlanış mərasimində Milli Qəhrəman İ. Şahverdiyevin döyüş yoldaşları onun Qarabağ uğrunda döyüşlərdə göstərdiyi xüsusi fəallıqlardan geniş məlumat vermişlər.

  Sonda turnirin qalib komandaları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubokla təltif edilmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir