Estoniya Respublikasının İdman məsələləri üzrə nümayəndə heyəti ilə görüş

Cari ilin sentyabr ayının 4-də Estoniya Respublikasının Paldiski şəhərinin İcra Hakimiyyətinin Gənclər və İdman məsələləri üzrə rəhbəri cənab Eldar Toonverkın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və paytaxt idman və gənclər mütəxəssisləri ilə görüşü keçirilmişdir. Görüş zamanı qonaqlar təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu dövlət gənclər siyasəti və idman nailiyyətləri haqqında məlumatlanmış, paytaxt gəncləri və idmançıların əldə etdikləri uğurlarla bölüşülmüşlər. Qonaqlar öz növbəsində gözəlləşən Azərbaycan ev sahibliyi hüququnu qazanmış, ölkəmizin yüksək təşkilatçılıq məsələlərini xüsusi olaraq vurğulamışlar. Görüş zamanı fikir mübadiləsi, gələcək əməkdaşlıq və perspektivlər müzakirə edilmişdir. Sonda Azərbaycan mədəniyyətini, tarixini əks etdirən xatirə hədiyyələri təqdim olunmuşdur.

SAM_1909

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir