Poverliftinq və bençpress üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 5№li İOEUGAM -ın idman zalında poverliftinq və bençpress üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda “Neftçi” İSM, “Gənclik” İK, “AzTu”, “Güc İdman Növləri”, “Kentavr” İK, “APF”, “Turan” İK, “Qoldmaster”, “Məhsul” İC-ni təmsil edən klub və komandaların tərkibində 12 çəki dərəcəsi üzrə 155 idmançı mübarizə aparmışlar. Nəticələrə görə  Musayev Anar, Bədəlov Kamran, Tarverdiyev Elmir, Qurbanov Fərdi, Həzvətov Zərdüş, Niftəliyev Elmin, Məmmədov Gündüz, Quliyev İsmayıl, Məmmədov Elçin, Hüseynov Rasim, Fərzəliyev Fuad, Həsənov Zaur və başqa idmançılar I yerlərə layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir