Güllə atıcılığı üzrə Bakı şəhər kuboku

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AzDBTİA-nın və Neftçi İSM-nin atıcılıq tirlərində güllə atıcılığı üzrə Bakı şəhər kuboku keçirilmişdir. Yarışda 35 idmançı mübarizə aparmışdir. Nəticələrə görə kişilər arasında PT-4 tipli tapança- I yerə Hüseynov Əliməmməd (Spartak İC), II yerə Şahbalayev Cavid (Spartak İC), III yerə Mehdiyev İsrafil (Spartak İC), PTÇ-3 tipli tapança-I yerə Məmmədov Rəsul (Neftçi İSM), II yerə Baybudov Zakir (FHN), III yerə Beqizadə Mahmud (Spartak İC), KÇTÇ-4 tipli tapança- I yerə Abdullayev Məmməd (FHN), II yerə Məmmədov Rəsul (Neftçi İSM), III yerə Axundov Urfan (Spartak İC), qadınlar arasında  PTÇ-3 tipli tapança-I yerə Quluzadə Rübabə (Spartak İC), II yerə Qəhrəmanova Aynur (Spartak İC), III yerə Aytən Məmməd qızı (Spartak İC), PTÇ-2 tipli tapança-I yerə Mehdiyeva Ziba (Spartak İC), II yerə Qasımova Zərifə (Neftçi İSM), III yerə Səmədova Nərminə (Neftçi İSM), KÇTÇ tipli tapança- I yerə Səmədova Nərminə (Neftçi İSM), II yerə Cəbrayılova Xavər (Neftçi İSM), III yerə Kazımlı Cəmilə  (Neftçi İSM) layiq görülmüşlər.

   I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir