Poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir. 17 – 19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən yarış 100 m, 2000 m məsafəyə qaçış, qumbara atma və turnikdə dartınma növlərindən ibarət olmuşdur. Yekun nəticələrə əsasən komanda hesabında I yeri 659 xalla Хəzər rayon komandası, II yeri 658 xalla Nərimanov rayon komandası, III yeri 605 xalla Suraxanı rayon komandası tutmuşlar. Şəxsi hesabda I yeri 181 xalla Kərimov Əmrah (Xəzər rayonu), II yeri 178 xalla Aydayev Mənsur (Nərimanov rayonu), III yeri 159 xalla Rzayev Əli (Xətai rayonu) tutmuşlar. Həmçinin 100 m məsafəyə qaçış növündə Muxtarov Telman (Yasamal rayonu – 12,7 saniyə), qumbara atma növündə Kərimov Əmrah (Xəzər rayonu – 43 m), turnikdə dartınma növündə Qurbanov Əjdər (Nərimanov rayonu – 25 dəfə), 2000 m məsafəyə qaçış növündə Həsənli Rəfail (Binəqədi rayonu – 6 dəqiqə 52 saniyə) fərqlənmişlər.
Bakı şəhər çempionatında I və II yerləri tutmuş Xəzər və Nərimanov rayonlarının komandaları oktyabr ayında keçiriləcək respublika mərhələsinə vəsiqə qazanmışlar.