Yeniyetmələr və gənclər arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi

   08-13 oktyabr 2014-cü il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr və gənclər arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

  08-11 oktyabr 2014-cü il tarixdə yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.  Yarışda 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Neftçi İSM, DİN İC, ROİL, 6№-li UGİM, 16№-li UGİM, Pəhləvan İK, Xəzri İK, Şağan OİK, Lokomotiv İSM, Turan İK, Nardaran, Zenit İC, Müşfiqabad, Şüa-nı təmsil edən 215 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışlar. Nəticələrə görə 42 kq çəki dərəcəsində  Cavid Cavadlı (ROİL), 46 kq çəki dərəcəsində İntiqam Vəlizadə (ROİL), 50 kq çəki dərəcəsində Əliabbas Rzazadə (ROİL), 54 kq çəki dərəcəsində Sabutay Əmişov (ROİL), 58 lq çəki dərəcəsində Səid Balabəyov (Şüa), 63 kq çəki dərəcəsində Orxan Abbasov (Azəri), 69 kq çəki dərəcəsində Xəzər Bağırov (Neftçi İSM), 76 kq çəki dərəcəsində Şadman Əminov (Azəri), 85 kq çəki dərəcəsində Tehran Əminov (Gömrükçü), 100 kq çəki dərəcəsində Əli Əminov (Gömrükçü ) I yerə layiq görülmüşlər.

    Yunan-roma güləşi üzrə Neftçi İSM, DİN İC, ROİL, 6№-li UGİM, Lider İK, MOİK, 16№-li UGİM, 9№-li UGİM, Pəhləvan İK, Lokomotiv İK, Gömrükçü İSM, Bakı GK, Spartak İC, Məhsul İC, Hövsan , Pirallahı, Cəngi, İgid İK, Həyat GK, Ruslan İSM, Gənclik İK, Olimpiya GK, 1№-li RİOEUGİM-i təmsil edən 237 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 42 kq çəki dərəcəsində Əli Kərimov (ROİL), 46 kq çəki dərəcəsində Zaur Niriyev (Məhsul İC), 50 kq çəki dərəcəsində İsmayıl Həsənli (Cəngi), 54 kq çəki dərəcəsində Ülvi Mahmudzadə (ROİL), 58 kq çəki dərəcəsində Kamran Mürsəliyev (Neftçi İSM), 63 kq çəki dərəcəsində Ceyhun Nəsirov (Həyat), 69 kq çəki dərəcəsində Ülvi Qənizadə (Neftçi İSM), 76 kq çəki dərəcəsində Rüfət Güləliyev (Gömrükçü), 85 kq çəki dərəcəsində Rövşən Eyyuov (ROİL), 100 kq çəki dərəcəsində Rauf Məmmədli (Cəngi) I yerə layiq görülmüşlər.

    Sərbəst güləş üzrə yarışlarda I-III yerləri, yunan-roma güləşi üzrə yarışlarda isə I-V tutmuş idmançılar Rəşid Məmmədbəyovun xatirəsinə növbəti açıq Respublika turnirinə vəsiqə əldə etmişlər.

   12-13 oktyabr 2014-cü il tarixdə isə gənclər arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda srbəst güləş üzrə Neftçi İSM, DİN İC, Zenit, 6№-li UGİM, Xəzri İk, Lokomotiv İSM, Şüa İK, Turan İK, Azəri, Təhsil RİM, Məhsul İC, Hövsan-ı təmsil edən 62 idmançı 8 çəki dərəcəsi üzrə mübarizə aparmışlar. Nəticələrə görə 50 kq çəki dərəcəsində Adəm Quliyev (Neftçi İSM), 55 kq çəki dərəcəsində Tofiq Sadıqlı (DİN İC), 60 kq çəki dərəcəsində Əli Rəhimzadə (DİN İC), 66 kq çəki dərəcsində Əli Qurbanov (Azəri), 74 kq çəki dərəcsində Sənan Əlizadə (Xəzri), 84 kq çəki dərəcəsində Cavid Sadıqov (6№-li UGİM), 96 kq çəki dərəcəsində Zaur Məmmədli (Zenit), 120 kq çəki dərəcəsində Camal Məmmədov (DİN İC) I yerlərə layiq görülmüşlər.

  Yuna-roma güləşi üzrə Neftçi İSM, DİN İC, AZTU, MOİK, Gömrükçü İC, Məhsul İC, Gənclik İC, Spartak İC, Hövsan, Pirallahı, Cəngi, Pəhləvan İK, Olimpiya GK, 1№-li RİOEUGİM-i təmsil edən 82 idmançı 8 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 50 kq çəki dərəcəsində Rasim Əliyev (Neftçi İSM), 55 kq çəki dərəcəsində Hikmət Ağayev (Pəhləvan), 60 kq çəli dərəcəsində Namaz Rüstəmov (Cəngi), 66 kq çəki dərəcəsində Murad Allahverdiyev (DİN İC), 74 kq çəki dərəcəsində Arif Niftullayev (Neftçi İSM), 84 kq çəki dərəcəsində Elməddin Ramazanov (Cəngi), 96 kq çəki dərəcəsində İlkin Əliyev (Pirallahı), 120 kq çəki dərəcəsində Cavid Feyziyev (Pəhləvan) I yerə layiq görülmüşlər.

 Sərbəst güləş üzrə yarışlarda I-III yerləri, yunan-roma güləşi üzrə yarışlarda isə I-V tutmuş idmançılar  “Hünər Meydanı” Respublika turnirinə vəsiqə əldə etmişlər.

  Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir