Stolüstü tennis üzrə VII Respublika oyunlarının final mərhələsi başa çatıb
2014-cü il 10-15 oktyabr tarixlərdə Mingəçevir şəhərində stolüstü tennis üzrə idman məktəblərinin VII Respublika oyunlarının final mərhələsi başa çatıb.
Komanda xarakteri daşımış oyunlarda zona yarışlarının qalibi olmuş 10 oğlan və 10 qız komandası mübarizə aparıb. Oğlanlar arasında komanda yarışlarında Sumqayıt RİM-in idmançıları 1-ci, Bakı Tennis Məktəbi 2-ci, Şabran tennisçiləri 3-cü yertutmuşlar.
Qızların komanda yarışlarında Bakı Tennis Məktəbinin yetirmələri 1-ci, Şabranvə “Neftçi” idman klubunun idmançıları müvafiq olaraq 2-ci və 3-cü pillədə qərarlaşmışlar. Mükafatçı komandalar Gənclər və İdman Nazirliyinin diplomları, Stolüstü Tennis Federasiyasının kubokları ilə təltif olunublar.