BAKI ŞƏHƏR MƏDƏNİYYƏT İŞÇİLƏRİNİN III SPARTAKİADASI BAŞA ÇATDI
Baki şəhər mədəniyyət və turizm idarəsinin təşkilatçiliği və baki şəhər gənclər və idman baş idarəsinin dəstəyi ilə paytaxtin mədəniyyət işçiləri arasinda bədən tərbiyəsi və idmani daha da geniş təbliğ etmək, iştirakçilarin fiziki cəhətdən inkişafinin və sağlamliqlarinin qorunmasini təmin etmək, onlarin bədən tərbiyəsi və idmanla fəal məşğul olmalarini təmin etmək məqsədi ilə iii spartakiada keçirilmişdir. 2 mərhələ üzrə (i mərhələ – rayondaxili yarişlar, ii mərhələ – final yarişlari) keçirilən spartakiadanin proqramina dama, stolüstü tennis, atletika, nərd, güllə aticiliği, darts, bilyard, kəndirdartma və mini-futbol növləri daxil olmuşdur. Spartakiadanin yüksək səviyyədə təşkili və keçirilməsi məqsədilə baki şəhər mədəniyyət və turizm idarəsi tərəfindən idarənin rəis müavini gülnarə seyidovanin sədrliyi ilə təşkilat komitəsi və baki şəhər gənclər və idman baş idarəsi tərəfindən baş idarənin baş məsləhətçisi salman əbdülovun rəhbərliyi ilə baş hakimlər kollegiyasi yaradilmişdir. 9 idman növü üzrə keçirilən spartakiada fərdi və komanda yarişlarindan ibarət olmuşdur. Iii spartakiadada 600-dən çox mədəniyyət işçisi iştirak etmişdir. Iii spartakiadanin ümumi komanda hesabinda i yeri suraxani rayonu tutmuşdur.
Yarişlarin final oyunundan sonra qaliblərin təntənəli təqdimat mərasimi keçirilmişdir. Tədbirdə baki şəhər mədəniyyət və turizm idarəsinin rəisi əlikram əliyev, idarənin rəis müavini gülnarə seyidova, baki şəhər gənclər və idman baş idarəsinin rəis müavini aydin yusifov çixiş edərək iştirakçilari təbrik etmiş, qalibləri müvafiq dərəcəli diplomlar, qiymətli xatirə hədiyyələri və kuboklarla təltif etmişlər.