“18 oktyabr – Dövlət Müstəqillik günü” münasibəti ilə Azərbaycan Müəllimlər İnstitutunun tələbələri arasında bilik yarışması keçirilmişdir.
17 oktyabr 2012-ci il tarixində “18 oktyabr – Dövlət Müstəqillik günü” münasibəti ilə Azərbaycan Müəllimlər İnstitutunun tələbələri arasında bilik yarışması keçirilmişdir. Bilik yarışmasında 6 komanda iştirak etmişdir.Yarışda hər tur üzrə 10 sual verilmişdir. Ən çox suallara cavab verən komandalar növbəti mərhələyə vəsiqə qazanmışlar. Nəticələrə görə I yerə – “Psixoloqlar” komandası, II yerə -“Dilçilər” komandası, III yerə – “Riyaziyyatçılar” komandası layıq görülmüşlər.
Sonda qalib komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hədiyyələr və diplomlarla təltif olunmuşlar.