Dama növü üzrə rayon birinciliyi keçirilmişdir.

       Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən Binəqədi rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan dama növü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə hər birində 6 nəfər (4 oğlan, 2 qız) olmaqla 28 məktəb komandası iştirak etmişdir. Yarışın nəticələrinə görə 179 № li tam orta məktəbin komandası I yer, 276 № li tam orta məktəbin komandası II yer, 283 № li tam orta məktəbin komandası III yerə layiq görülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir