Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər X açıq turnir

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AZDBTİA-nın və “Neftçi” İSM-nin atıcılıq tirlərində akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər X açıq turniri keçirilmişdir. Turnirdə “Spartak” İC, “Neftçi” İSM və FHN-ni təmsil edən 37 idmançı iştirak etmişdir.

  Nəticələrə görə qadınlar arasında PT-3 hərəkəti üzrə  Mönsümova Mehriban (Neftçi İSM), PTÇ-2 hərəkəti üzrə Abbaslı Nəzrin (Spartak İC), KÇTÇ-3 hərəkəti üzrə  Nəsirova Nigar (“Neftçi” İSM), kişilər arasında PT-4 hərəkəti üzrə  Hüseynov Əliməmməd (“Spartak” İC), PTÇ-3 hərəkəti üzrə Lunyov Ruslan (“Neftçi” İSM), KÇTÇ-5 hərəkəti üzrə Lunyov Ruslan (“Neftçi” İSM) I yerlərə layiq görülmüşlər.

   I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir