“Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na ekskursiya təşkil edilmişdir

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan I kurs  tələbələrinin ( Azərbaycan Texniki Universiteti,  Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan turizm İnstitutu, Bakı Ali Neft Məktəbi və s) “Tariximizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində ekskursiya təşkil edilmişdir.

   Ekskursiya zamanı bələdçi Azərbaycanın tarixindən, Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri haqqında çox geniş məlumat vermiş və gəncləri maraqlandıran sualları cavablandırmışdır.

   Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir