Sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
Yarışda sərbəst güləş üzrə DİN İC, 6 № UGGİM, Məhsul İC, Turan İK, Lokomotiv İSM, Zenit İC, X. Cəfərov adına G.K.-nı təmsil edən 49 idmançı mübarizə aparmışdır. Nəticələrə görə 57 kq çəki dərəcəsində Sübhan Muradov (Zenit İC), 61 kq çəki dərəcəində Səid Nəcəfov (Zenit İC), 65 kq çəki dərəcəsində Daşqın İskəndərov (DİN İC), 70 kq çəki dərəcəsində Fuad Məmmədov (X.Cəfərov), 74 kq çəki dərəcəsində Hidayət Həsənli (DİN İC), 86 kq çəki dərəcəsində Bəxtiyar İsrafilli (Lokomotiv İSM), 97 kq çəki dərəcəsində Ramin Usubov (Lokomotiv İSM), 125 kq çəki dərəcəsində Oyan Nazaryani (Atasport) I yerə çıxmışlar.
Yunan-roma güləşi üzrə Neftçi İSM, DİN İC, Pəhləvan İK, MOİK, Ruslan İC, 1 №li RİOEUGİM, Spartak İC, X. Cəfərov adına G.K., Məhsul İC-nı təmsil edən 64 idmançı iştirak etmişdir. Nəticələrə görə 59 kq çəki dərəcəsində Rasim Səfərbəyov (Olimp), 66 kq çəki dərəcəsində (Neftçi İSM), 71 kq çəki dərəcəsində Mehrac Kərimov (Neftçi İSM), 75 kq çəki dərəcəsində Şəmistan Quluzadə (Neftçi İSM), 80 kq çəki dərəcəsində Eltun Vəzirzadə (Neftçi İSM), 85 kq çəki dərəcəsində Fuad Əliyev (Neftçi İSM), 98 kq çəki dərəcəsində Sahil Məmmədli (DİN İC), 130 kq çəki dərəcəsində Səbuhi Humbətov (Pəhləvan İK) I yerə layiq görülmüşlər.
Komanda hesabında isə sərbəst güləş üzrə Lokomotiv İSM, yunan-roma güləşi üzrə isə Neftçi İKİB I yeri tutmuşlar.
Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.