“17 noyabr-Milli Dirçəliş Günü” nə həsr olunmuş futzal üzrə turnir

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ Təlim İdman Bazasının futbol meydançasında “17 noyabr-Milli Dirçəliş Günü” nə həsr olunmuş futzal  üzrə turnir  keçirilmişdir. Yarimfinala çıxan Vətən-II və TİM  komandaları arasında keçirilən oyunda 0:3 hesabı ilə TİM  komandası, Vətən-I və RİOEM-II komandaları arasında keçirilən oyunda isə 0:1 hesabı ilə RİOEM-II komandası qalib gəlmişdir. Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan TİM və RİOEM-II komandaları arasında keçirilən gərgin oyundan 3:1 hesabı ilə TİM komandası, III-IV yerlər uğrunda mübarizə aparan Vətən-II və Vətən-I komandaları arasında keçirilən oyunda 0:1 hesabı iləVətən-I komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə TİM komandası, 2-ci yerə RİOEM-II komandası, 3-cü yerə isə Vətən-I komandası layiq görülmüşlər. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlar təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir