“Xəmsə” intellektual oyunun Bakı şəhəri üzrə zona mərhələsi
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gəncliyə Yardım Fondunda yeniyetmələr arasında “Xəmsə” intellektual oyunu üzrə IV Azərbaycan çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir. “Xəmsə” intellektual oyununda paytaxtın 11 rayonundan 16 komanda iştirak etmişdir. Yarışma komandalar arasında sağlam rəqabət şəraitində keçmiş, verilən suallar tarix, coğrafiya, kimya, fizika, məntiq, dünya görüşünü əhatə etmişdir. Onu da qeyd edək ki, suallar və cavablar redaktor qrupu tərəfindən hazırlanır. Cavabın doğruluğunu aparıcı təsdiq edir. Sualı cavablandırmaq üçün aparıcı 5 saniyə vaxt verir. Vaxtın tamamında cavab vermek istəyən yoxdursa, aparıcı cavabı elan edir və növbəti suala keçir.
Nəticələrə görə I yeri “Veni-Vidi-Viçi” komandası Yasamal rayonu, II yeri “Dəyanət” komandası Yasamal rayonu, III yeri “Zirvə″ komandası Nizami rayonu, IV yeri isə “5+1” Səbail rayonu tutmuşdur. Qalib komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və hədiyyələrlə mükafatlandırılmışlar.
Qeyd edək ki, “Xəmsə” intellektual oyunun final mərhələsi dekabr ayında Qusar rayonunda keçiriləcəkdir. Respublika final mərhələsində Bakı şəhərindən 4 komanda iştirak edəcəkdir.