Futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin iclas zalında 64-cü futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini, idman sektorunun müdiri Rəşad Əliyev, sektor müdiri Adil Ağayev iştirak etmişlər. Tədbirdə I dəstədə 2001 – 2002-ci il təvəllüdlü komandalar arasında I yerə “RİOEM″ II yerə ” ROİL″, III yerə “BİFM-2″,2000-ci iı təvəllüdlü komandalar arasında I yerə “Vətən-1″, II yerə “BİFM-2”, III yerə  “RİOEM ″, 1999-cu il təvəllüdlü komandalar arasında I yerə “Neftçi İK″, II yerə “RİOEM″, III yerə “BİFM-2”, 1998-ci il təvəllüdlü komandalar arasında I yerə “BİFM-2”, II yerə “RİOEM”, III yerə ” BİFM-1″, klub hesabında isə   I yerə “BİFM-2″ II yerə “RİOEM″, III yerə “BİFM-1″ layiq görülmüş komandalar mükafatlandırılmışlar.

II dəstədə isə 2001-2002-ci il təvəllüdlü komandalar arasında I yerə Zəngəzur, II yerə “Binəqədi UGİM”, III yerə “Vətən-3”, 2000-ci iı təvəllüdlü komandalar arasında  I yerə Mehdiabad, II yerə 16 saylı  UGİM, III yerə Binəqədi UGİM, 1999-cu il təvəllüdlü komandalar arasında I yerə “Binəqədi”UGİM, II yerə Zəngəzur, III yerə 16 saylı UGİM, 1998-ci il təvəllüdlü komandalar arasında I yerə “16 saylı UGİM”, II yerə “Binəqədi” UGİM, III yerə “Vətən-3”, klub hesabında isə I yerə “Binəqədi” UGİM, II yerə “16 saylı UGİM”, III yerə “Vətən-3” layiq görülmüş komandalar mükafatlandırılmışlar. Yarışda I,II,III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir