Sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Çempionatda Siyəzən, Şamaxı, Bərdə, Yevlax, Sumqayıt, Neftçi İKİB, Pəhləvan İK, Zenit İSM, Təhsil RİM, Lokomotiv İSM-ni təmsil edən idmançılar mübarizə aparmışdır.
Çempionatda 118-dən çox idmançı 9 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Yarışda 52 kq çəki dərəcəsində I yerə Allahverdiyev Vüsal (Neftçi İKİB), 57 kq çəki dərəcəsində I yerə Xəlilov Mehman (Neftçi İKİB), 62 kq çəki dərəcəsində I yerə Rəcəbov Bəhruz (Neftçi İKİB), 68 kq çəki dərəcəsində I yerə Əsgərov Kamran (Neftçi İKİB), 74 kq çəki dərəcəsində I yerə Bağırov Söhrab (Neftçi İKİB), 82 kq çəki dərəcəsində I yerə Muxtarov Elməddin (11 №-li UGİM), 90 kq çəki dərəcəsində I yerə Ramazanov Çingiz (Neftçi İKİB), 100 kq çəki çəki dərəcəsində I yerə Məmmədov Amin (Neftçi İKİB), +100 kq çəki dərəcəsində I yerə Teymurov Etibar (Pəhləvan İK) layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.