İdmançılarımızın Madriddeki seminarda uğuru

  İspaniyanın Madrid şəhərində JKF Wado-Kai (Japan Karatedo Federation Wado-Kai) Yapon Vado-Kai Karatedo Federasiyasının icraçı direktoru və texniki komitənin üzvü 8-Dan qara kəmər sahibi, görkəmli karate ustası Hideho Takaginin rəhbərliyi və iştirakı ilə karatenin Vado-Kai növü üzrə beynəlxalq texniki seminar və dərəcə imtahanları keçirilmişdir. Karate üzrə yığma komandanın üzvləri   Mahmudov Gündüz, Atakişiyev Muraz, Xurşudov Maarif Bakı şəhər Gənclər və İdma Baş İdarəsi tərəfindən seminara ezam olunmuşdur.

   Seminar və dərəcə imtahanlarında iştirak edən Mahmudov Gündüz, Atakişiyev Muraz və Xurşudov Maarif imtahanda uğurlu nəticə qazanaraq  JKF Wado-Kai (Japan Karatedo Federation Wado-Kai) üzrə 1-DAN qara kəmər dərəcəsinə layiq görülmüş,  eyni zamanda JKF Wado-Kai (Japan Karatedo Federation Wado-Kai) rəhbərliyi Yapon Vado-Kai Karatedo Federasiyasının Azərbaycanda filialının acılmasına qərar vermişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir