NRGİİ-si “ÖZ HƏYATINI QORU, BAŞQASININ DA YAŞAMASINA MANE OLMA!” tədbir keçirmişdir
Nəsimi rayon Gənclər və İdman İdarəsi, “AİDS”lə Mübarizə” İctimai Birliyi və Nəsimi rayonu 5 saylı orta məktəbin birgə təşkilatçılığı ilə 01.12.2014-cü il tarixdə 5 saylı orta məktəbdə”01 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə əlaqədar “ÖZ HƏYATINI QORU, BAŞQASININ DA YAŞAMASINA MANE OLMA!” adlı marifləndirici tədbir keçirilmişdir.
Tədbir çərçivəsində əvvəlcə ayrı-ayrı sinif otaqlarında şagirdlərə mövzu ilə əlaqədar mütəxəssilər tərəfindən dərslər keçirilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Maarifləndirici dərslərdən sonra məktəbin akt zalında yuxarı sinif şagirdlərinin iştirakı ilə elmi-praktik konfrans keçirilmişdir. Konfransda məktəb şagirdləri mövzu ilə əlaqədar təqdimatlarla çıxışlar etmişlər. Bundan başqa konfrans boyu “QİÇS”-lə bağlı reklam çarxları da nümayiş etdirilmişdir.
Sonda hər bir sinif “Sağlam həyat tərzi”ilə bağlı öz qərarlarını verib “Qərar lövhə”sinə yerləşdirmişlər.
Konfrans QİÇS-lə əlaqədar iştirakçıların diqqətini cəlb etmək məqsədi ilə məktəb şagirdlərindən ibarət “Virus” pontomim rəqs qrupunun rəqsi və “Biz bir dünyayıq” mahnısı ilə başa çatmışdır.