“BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinə ekskursiya
Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası, gənclər arasında sənayenin inkişaf perspektivləri ilə bağlı maarifləndirmə işinin təşkili məqsədilə “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinə ekskursiya təşkil olunmuşdur.
Ekskursiyada “Müasir İqtisad Məktəbi” layihəsinin iştirakçıları və YAP Binəqədi Rayon Təşkilatının fəal gəncləri iştirak etmişlər.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var. Sərgidə telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və yayım texnologiyaları, proqram təminatı və sistemin avtomatlaşdırılması, İT və ofis texnologiyaları, yüksək texnologiyalar, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirilir.
“Bakı Ekspo Mərkəzin”də təşkil olunan sərgiyə baxış gənclərdə böyük təəssürat yaratmışdır.