Nə? Harada? Nə zaman? Intellektual oyunu üzrə Bakı şəhər Qış Kuboku keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə “Monolit Plazada” Nə? Harada? Nə zaman? Intellektual oyunu üzrə Bakı şəhər Qış Kuboku keçirilmişdir.
Oyunda 30 komanda tərkibində 180 nəfər gənc iştirak etmişdir. Hər komandanın tərkibi 6 nəfər oyunçunun iştirakı ilə 15 sual olmaqla 5 turdan ibarət olmuşdur. İştirakçılara verilən suallar dünya görüşü, Azərbaycanın tarixi, məntiq və s. əhatə etmişdir.
Nəticələrə görə I yerə “Vendetta”, II yerə “Leriafan”, III yerə isə “Strikoza-Qrenberqa” layiq görülmüşlər. Qalib komandalar kubok, medal və diplomlarla Baş İdarə tərəfindən mükafatlandırılmışlar.